azia.az
azia.az

Azərbaycan Ordusunun “Xalaqızı” ləqəbli ilk qadın snayperi vəfat etdi

Bu gün, 10:29

Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri, “Xalaqızı” ləqəbli snayper Növrəstə Yusifova vəfat edib.

QHT.az  xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, əslən Xızı rayonundan olan Növrəstə Yusifova Qarabağ müharibəsində Azərbaycanın ilk döyüşçü qadın snayper olub.

Könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qatılan N.Yusifova 1992-1994-cü illərdə Qarabağ müharibəsinin iştirakçısı olub.

 Növrəstə Yusifova 1952-ci ildə Bakı şəhərində anadan olubdur.

Bakı Maliyyə Kredit Texnikumunu bitiribdir. Mühasib kimi 9 il çalışıb.

Qülləli kran maşinisti kimi çalışıb. Azərbaycanın 7-ci dərəcəli ilk qadın maşinisti olub.

Atıcılıq idman növü üzrə 1974-cü ildə Azərbaycan çenpionatında ikinci, 1975-ci ildə isə birinci yerin qalibi olubdur.

1991-ci ilin dekabr ayından könüllü olaraq cəhbəyə yollanmaq üçün müraciət etsə də, imtina cavabı alıb. 

17 mart 1992-ci ildə ilk xanım snayperçi olaraq qeydiyyata alınıb.

 1992–1994-cü illərdə Birinci Qarabağ müharibəsində snayper olubdur.

1997-ci ildən Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinə sədrlik edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi