azia.az
azia.az

Pezeşkian: "3+3" formatında danışıqlar regionda problemlərin həllində effektiv mexanizm olacaq - YENİLƏNİB

Dünən, 18:28

"3+3" formatında danışıqlar Cənubi Qafqazda problemlərin həllində effektiv mexanizm olacaq.

“Report”un İran KİV-inə istinadən verdiyi məlumata görə, bunu İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

"İran və Rusiyanın iştirakı ilə "3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran - red.) danışıqlar regionun problemlərinin həlli üçün daha effektiv və təsirli mexanizm olacaq", - o qeyd edib.

15:11

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla telefon danışığında Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Bu barədə "Report" Kremlin yaydığı məlumata istinadən xəbər verir.

Söhbət zamanı V.Putin iranlı həmkarını Ankoricdə (Alyaska) keçirilmiş Rusiya-ABŞ zirvə görüşünün əsas nəticələri barədə məlumatlandırıb. M.Pezeşkian isə Ukraynada münaqişənin sülh yolu ilə həllinə yönəlmiş diplomatik səylərə dəstəyini ifadə edib.

"Tərəflər həmçinin ikitərəfli gündəliyin aktual məsələlərini, İranın nüvə proqramı ətrafındakı vəziyyəti və Cənubi Qafqaz regionunda hadisələrin inkişafını müzakirə ediblər. Putin və Pezeşkian Çində keçiriləcək ŞƏT sammitində (31 avqust-1 sentyabr) görüşməklə bağlı razılığa gəliblər", - məlumatda bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi