azia.az
azia.az

Ukrayna atəşkəs müqaviləsi çərçivəsində ərazilərin itirilməsini tanıya bilər

Bu gün, 07:53

Fransa prezidenti Emmanuel Makron Ukraynanın mümkün sülh və ya atəşkəs razılaşması fonunda ərazilərin itirilməsi faktını qəbul edə biləcəyini açıqlayıb.

Makron: Ukrayna atəşkəs müqaviləsi çərçivəsində ərazilərin itirilməsini tanıya bilər

Xəbər veriıir ki, dövlət başçısı bu məsələ ilə bağlı fikirlərini Fransanın “Le Point” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Kiyev bu ərazilərin başqa dövlətin suverenliyi altında olduğunu qəbul etməsə də, onların hərbi yolla itirildiyini tanıya bilər.

“Bu, beynəlxalq hüquqa zidd deyil, amma çox ciddi güzəştdir”, – Makron vurğulayıb.

Fransa lideri əlavə edib ki, Ukrayna üçün əsas məsələ ərazilərin kimə məxsus olduğu ilə bağlı siyasi mövqedən çox, ölkənin təhlükəsizliyi və gələcək inkişafı ilə bağlı real zəmanətlərdir. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi