azia.az
azia.az

Tramp Putinə SON ŞANS VERDİ: Hər şey çərşənbə günü həll olunacaq - VİDEO

Dünən, 15:00

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Amerika və Rusiya nümayəndələri çərşənbə günü görüş keçirəcək.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, bu görüşdən sonra Moskva ilə bağlı əlavə sanksiyaların tətbiqi məsələsinə qərar veriləcək.

“ABŞ Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı genişmiqyaslı rüsumlar tətbiq edib-etməyəcəyinə daha sonra qərar verəcək. Atılacaq addımlar ABŞ nümayəndəsi Uitkoffun Moskvada aparacağı danışıqlardan asılı olacaq”, – Tramp bildirib.

ABŞ lideri bəyan edib ki, hazırkı gərginlik Co Baydenin siyasətinin nəticəsidir:

“Bu, Co Baydenin müharibəsidir, mənim deyil. Bizi bu vəziyyətdən çıxarmaq üçün buradayam. Çox çalışırıq. Son beş ayda beş müharibəni dayandırmışam. İstərdim ki, bu altıncı olsun. Bu, ən çox vaxt ayırdığımız məsələdir. Digər münaqişələri bir neçə günə həll etdim, demək olar ki, hamısını”, – deyə Tramp əlavə edib.








Musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi