"Moskvanın şərtləri qəbul edilməli, Ukrayna Rusiyaya torpaq verməlidir"
Dayanın,səbr edin,bu iddianın hər hansı azərbaycanlı politoloq,siyasi analitik və az qala hər gün beynimizin ətini yeyən hər hansı bir hərbi ekspert deyil.Bu fikirin müəllifi məşhur amerikalı siyasi xadim,strateq,R.Nikson və C.Ford kimi ABŞ prezidentlərin adminstrasiyasında işləmiş Henri Kissincerdir.
Dayan yolçu,dərhal Kissincerin üzərinə hücuma keçmə,onu linç etmə,çayxanada qabıqlı limonu armudu stəkanın içinə atıb onu söymə.Ən başlıcası,gözəl azərbaycanlı kaş siyasətə sürreal yanaşma tərzindən vaz keçsin.
Beləliklə,H.Kissincer İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda deyib ki,Rusiya və Ukrayna arasındakı müharibədə sülh əldə etmək üçün Kiyev Moskvanın şərtlərini qəbul etməlidir.H.Kissincerə görə,Qərb Ukraynada Rusiyanı böyük məglubiyyətə ugratmaq hədəfindən imtina etməlidir;əgər Qərb bu hədəfində israrçı olsa,bu,gələcək perspektivdə Avropanın sabitliyi üçün agır nəticələrə gətirib çıxaracaq.
Əvvala,Henri Kissincer konkret ad çəkməsə də,ona eyham vurur ki,V.Putin rejimi ilə müharibənin ana sponsorları ABŞ və Böyük Britaniyadır.Yəni,ABŞ okeanın o tayında,Böyük Britaniya isə Avropa İttifaqını(Brexit)tərk edib.Və bu,o demək olur ki,müharibənin uzanması,dərinləşməsi kontinental Avropa üçün arzuolunan deyil.
Yeri gəlmişkən,həmişə deyirəm ki,müharibə uzandıqca,Avropa yorulur,milyonlarla qaçqına ev sahibliyi etmək məcburiyyətindədir(çox az sayda qaçqın ABŞ və İngiltərəyə gedir) və bu,uzun perspektivdə qoca qitəni yıpradır.Lakin nə edim ki,çayxana siyasətçilərinə və sosial-şəbəkə avaralarına bunu anlatmaqda hələ ki,acizəm.
Kissincer açıq-aydın deyir ki,Qərb anlıq havaya qapılıb Rusiyanın Avropa güc balansındakı yerini unutmamalıdır,çünki,bu,ölümcül nəticələrə gətirib çıxara bilər.Əl qərəz,H.Kissincer ərz edir ki,müharibə uzadılmamalıdır.
Bundan əlavə,H.Kissincer deyir ki,Avropa Ukraynanı Rusiyanın şərtlərini qəbul etməyə məcbur etməlidir və danışıqlar qarşıdan gələn 2 ayda başlanmalıdır.
Kissincer vurgulayır ki,Ukrayna üçün ideal nəticə bu ölkənin "neytral"status əldə etməsı,Avropa və Rusiya arasında körpü rolunu oynamasıdır.Kissincer demək istəyir ki,bundan sonra müharibənin davam etdirilməsi Ukraynanın azadlıgı üçün deyil,daha çox Rusiya ilə yeni bir eskalasiya demək olacaq.
Bundan əlavə,məşhur amerikalı strateq deyir ki,Rusiya 400 ildir Avropanın bir hissəsidir,qitədəki güc balansının hamisidir və avropalı liderlər bu ölkəni Çinlə bir ittifaqda təmsil olunmaga məcbur etməməlidir.
Açmasi:əsas rəqib Çindir və əgər Rusiyanı bu ölkə ilə birlikdə hərəkət etməsinə səbəb olarsınızsa,o zaman agır geopolitik nəticələri gözə alın.
Mənim diqqətimi daha çox H.Kissincerin Ukraynanın neytral status əldə etməli oldugu haqqında fikrləridir.İndi elə bir situasiya yaranıb ki,Qərb Ukraynanın Avropa İttifaqına daxil olmsı üçün 15-20 illik dedlayn müəyyən edir.Hər halda,Fransa Ukraynanı hələ ki,Aİ-də görmür,Almaniya isə bu mövzu barədə danışmamaga üstünlük verir.Və indiki məqamda Ukraynanın NATO-daxil olması isə xəyaldır.
O zaman ortaya bir sual çıxır:bu müharibə əcaba kimə lazım idi?
Diktator Putinəmi?
Ukraynayamı?
Yoxsa,Qərbə?
Dəqiq olan budur ki,bu qanlı müharibə həlak olan,yaralanan,ömürlük şikəst olan gözəlim ukraynalılara lazım deyildi.
Bu qanlı eskalasiya milyardlarla dollar məbləgində silah-sursat satıb varlanın baranlora lazım idi.
Vəssalam!
Kamal Aliyev, politoloq