azia.az
azia.az

Ukrayna Rusiyanın ilk zərbələrinə dözsə… – Türkiyədən baxış

24-02-2022, 13:05

Ukrayna Rusiyanın ilk zərbələrinə dözsə… – Türkiyədən baxış
İndiki məqamda görünən odur ki, Qərb Ukraynaya verdiyi dəstəyi bir sıra silah və sursatı göndərməklə məhdud çərçivədə saxlayır. Düşünürəm ki, əgər Ukrayna ordusu Rusiyanın irəliləməsinin qarşısını ala, ya da yavaşlada bilsə, ən başdan təslim olmasa, rəsmi Kiyevə Qərbin dəstəyi daha da artacaq.

Bu sözləri açıqlamasında Türkiyənin Yıldız Texnik Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müəllimi, professor Mehmet Akif Okur deyib. Professorun sözlərinə görə, müharibənin uzanma və Rusiya üçün ağır iqtisadi nəticələrə səbəb olma ehtimalı yüksəkdir:

“Müharibənin Rusiya iqtisadiyyatı üzərində ciddi təsirləri olacaq. Avropa bazarı Rusiyanın təbii qazının satışı və başqa sahələrdə ticarət üçün çox önəmlidir. Lakin əgər Rusiya Ukraynanı və paytaxtı tez bir zamanda ələ keçirə bilsə, çevriliş olsa, yeni prezident və hökumət seçilsə, rəsmi Moskva müharibənin iqtisadi təsirlərini o qədər də hiss etməyəcək. Amma əksi olsa, yəni Ukraynanın qərbi və şərqi bir-birindən ayrılsa, burada toqquşmalar davam etsə, Avropanın mərkəzindəki müharibənin Rusiya üçün ağır nəticələri olacaq. Bir də burada Çin faktorunu da unutmamalıyıq. Çinin Rusiyaya müharibə ərzində hansı köməkliyi edəcəyini, yükün nə qədərini öz üzərinə götürəcəyi zamanla məlum olacaq. Çinin Şərqi Avropadakı müharibəni fürsət bilib yaxın həftələrdə Tayvana hücum etməsi halında rəsmi Pekinlə Moskva arasında daha güclü həmrəyliyin, yardımlaşmanın şahidi olacağıq. Bu baş verməsə, Çin də məhdud şəkildə yardımla kifayətlənsə, Rusiya ağır iqtisadi və siyasi təzyiq qarşısında yorulacaq”.

Türkiyənin də məsələ ilə bağlı mövqeyinə toxunan professor rəsmi Ankaranın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, lakin Rusiyanın arqumentlərindən ciddi narahatlıq duyduğunu qeyd edib:
Ukrayna Rusiyanın ilk zərbələrinə dözsə… – Türkiyədən baxış
“Hazırki mərhələdə Türkiyənin tutduğu iki əsas mövqe var. Birincisi odur ki, rəsmi Moskvanın müharibəyə başlamaq üçün göstərdiyi səbəblər prinsiplər baxımından Türkiyəni narahat edir. Çünki Rusiyanın keçmiş Sovet coğrafiyasında haqq iddialarında olması Türk Dövlətləri Təşkilatının üzvü olan soydaş dövlətlərimizin gələcəkdə müstəqilliklərinə kölgə sala bilər. Bu, Türkiyəni çox ciddi şəkildə narahat edir və ona görə Rusiyanın arqumentlərinin heç birini dəstəkləmir. Digər tərəfdən Ukraynada baş verən proseslər Avropanın təhlükəsizlik məsələsidir və Türkiyə bir NATO ölkəsidir. Rəsmi Ankara Ukrayna ilə bağlı qərarların mümkün olduğu qədər daha çox diplomatik istiqamətdə qəbul edilməsinə, müharibədən qaçmağa və müzakirələrin yenidən başlamasına çalışır. Bir başqa məsələ isə Boğazlar məsələsidir. Montrö müqaviləsinin şərtləri Rusiyanın lehinədir. Rusiya təhlükəsizlik məsələləri ilə bağlı da Türkiyəyə zəmanət verib. Lakin bütün hallarda Rusiyanın genişlənmə siyasəti Türkiyədə narahatlığa səbəb olur”
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi