Bayden rus xalqının Ukraynaya qarşı vuruşmaq istədiyinə inanmır
ABŞ Prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı bildirib ki, rus xalqının Ukrayna ilə vuruşmaq istəyidiyinə inanmır.
“Rus xalqına müraciət edirəm. Biz düşmən deyilik. Mən inanmıram ki, siz dərin əlaqələriniz olan Ukrayna xalqı ilə qanlı və dağıdıcı müharibəni arzulayasınız” deyə Bayden bildirib.
APA-nın xəbərinə görə, dövlət başçısı hər iki xalqın İkinci dünya müharibəsində birlikdə vuruşduğunu xatırladıb: “Bizim insanlarımız 77 il əvvəl çiyin-çiyinə vuruşaraq həlak olublar. İkinci dünya müharibəsi qaçınılmaz idi. İndi isə, Rusiyanın Ukraynaya hücumu əsassız və səbəbsiz müharibə olar” – deyə Ağ Ev rəhbəri vurğulayıb.