Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edildi
Kanada Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ölkənin xarici işlər naziri Stefan Dion bəyan edib.
Sanksiyalar 10 hüquqi və 2 fiziki şəxsə qarşı tətbiq edilib. Bəyanatda əlavə sanksiyaların Ukraynadakı vəziyyətlə bağlı olduğu bildirilir.
“Rusiyaya qarşı sanksiyalar Minsk razılaşmalarının tam yerinə yetirilənədək qüvvədə qalacaq”, deyə S.Dion bildirib.