"NATO Rusiyaya konkret təkliflər təqdim edib"
Almaniya kansleri: "NATO Rusiyaya konkret təkliflər təqdim edib"
"Avropa Rusiya ilə təhlükəsizlik məsələlərində ciddi dialoqa hazırdır".
Xəbər verilir ki, bunu Almaniya kansleri Olaf Şolts Litva, Estoniya və Latviya dövlət və hökumət başçıları ilə görüşdən əvvəl bildirib.
"Biz regionda təzyiqləri azaltmaq üçün Rusiyadan aydın addımlar gözləyirik. Hazırda deeskalasiya lazımdır", - Şolts deyib.
Kansler qeyd edib ki, NATO məsələ ilə bağlı Rusiyaya konkret təkliflər təqdim edib."Ölkə.az"