azia.az
azia.az

Deputat: “Nəcməddin Sadıkov haqqında söz-söhbətlər gedir, deyirlər ki...”

14-02-2022, 13:02

Deputat: “Nəcməddin Sadıkov haqqında söz-söhbətlər gedir, deyirlər ki...”
"Hansı qurumda işləməsindən asılı olmayaraq, qanunu pozan hər kəs gec, ya tez cəzasını çəkməlidir. Müdafiə Nazirliyində müxtəlif istiqamətli araşdırmalar aparılır, hərbi əməliyyatlar zamanı baş verən, həmçinin təminat-təchizat məsələləri ilə bağlı müəyyən qanun pozuntuları araşdırılır. Son dövrlərdə isə cəmiyyətdə də xüsusi narazılıqla qarşılanan və müzakirə edilən "Tərtər işi" barədə də araşdırma işləri davam etdirilir. Ümumiyyətlə, səlahiyyət həddini aşan, hərbçilərə, eləcə də dövlətin təhlükəsizliyinə qarşı səhvə yol verən, cinayət işlədən hər kəs barədə araşdırmalar aparılır və lazımi tədbirlər görülür. Haqsız yerə incidilən, işgəncələrə məruz qalanların məsələri ilə bağlı da ciddi istintaq işləri gedir, nahaq yerə həbs edilənlər bəraət alır".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin üzvü, deputat Elman Məmmədov Müdafiə Nazirliyindəki həbslərlə bağlı danışarkən deyib.

Deputat hesab edir ki, ölkədə bu istiqamətdə gedən proses cəmiyyətdə normal qarşılanmalıdır: "Müdafiə Nazirliyində özünün yüksək vəzifəsi və rütbəsindən sui-istifadə edərək özünü toxunulmaz hesab edənlər səhv ediblər. Çünki sonda haqq ədalət mütləq yerini tapır və aparılan bütün araşdırmalar günahkarları lazımi cəzalarına çatdırır. Nəzərə almaq lazımdır ki, xüsusilə müdafiə sahəsinin əməkdaşlarının cinayət xarakterli əməlləri ölkənin imicinə daha çox mənfi təsir göstərir. Təsəvvür edin, millətin və dövlətin müdafiəsinə cavabdeh olan qurumun əməkdaşı cinayət törədibsə, hətta xəyanət xarakterli cinayət əməli işlədibsə, qəbuledilməzdir. Son vaxtlar xüsusilə Nəcməddin Sadıkov haqqında söz-söhbətlər gedir. Deyirlər ki, vaxtilə Ağcabədi ətrafında ermənilər tərəfindən 82 azərbaycanlı hərbçinin öldürülməsi birbaşa onun günahıdır. Yəni, bunlar qətiyyən bağışlanılmazdır. Hesab edirəm ki, təhlükəsizliklə bağlı xidməti sahəsində cinayətə yol vermiş şəxslər ən ağır cəzalara məhkum olmalıdırlar. Axı millət öz taleyini, öz təhlükəsizliyini onlara etibar edib..."


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi