azia.az
azia.az

"Nikol Paşinyan devrilə və digər komanda üzvü hakmiyyətə gələ bilər" - SENSASİON AÇIQLAMA

24-12-2021, 15:01

"Nikol Paşinyan devrilə və digər komanda üzvü hakmiyyətə gələ bilər" - SENSASİON AÇIQLAMA
“Türkiyə–Ermənistan əlaqələrinin yaxşılaşması və sərhədlərin açılması istiqamətində xüsusi nümayəndələrin təyin edilməsi heç də yaxın aylarda iki ölkə arasında münasibətlərin normallaşmasına səbəb olmayacaq”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib:

1. Ermənistan ilk növbədə konstitusiya dəyişikliyinə getməli, Ankaraya qarşı düşmənçilik və ərazi iddialarını kənara qoymalıdır.

2. Ermənistan Zəngəzur dəhlizini açmalıdır. Çünki dəhliz məsələsi strateji önəm daşıyır. Amma Paşinyan dəhliz məsələsini müzakirə etməkdən yayınır.

3. Ermənistan Qarabağa dair iddialardan əl çəkməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.

Danışıqlarda bir cox məsələlər masaya yatırılacaq. Ermənistan rəhbərliyinin siyasi iradəsizlik göstərib təklifləri qəbul etməkdə problemlər yaradacağı istisna deyil”.

"Nikol Paşinyan devrilə və digər komanda üzvü hakmiyyətə gələ bilər" - SENSASİON AÇIQLAMA
Politoloq əlavə edib ki, mövcud problemlər fonunda Türkiyə-Ermənistan əlaqələrinin normallaşması və sərhədlərin açılması ilk növbədə İrəvanın atacağı addımlardan asılı olacaq: “Bundan sonra Ankara və Bakı tandemi qərar verəcək. Ermənistan rəhbərliyi təkcə dəmiryol xəttinin çəkilməsinə razılıq verib. Azərbaycan üçün əsas məsələ dəhlizdi və bunun reallaşması mütləqdir. Əgər geosiyasi nizam reallaşmasa Nikol Paşinyan devrilib, digər komanda üzvü hakmiyyətə gələ bilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi