azia.az
azia.az

SON DƏQİQƏ-İlham Əliyev Avropadan Moskvaya mesaj verdi - Rusiya bunu etməlidir / ŞƏRH

15-12-2021, 11:14

SON DƏQİQƏ-İlham Əliyev Avropadan Moskvaya mesaj verdi - Rusiya bunu etməlidir / ŞƏRH
Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında Zəngəzur dəhlizi ilə Laçın dəhlizi arasında bu şəkildə paralel aparıb: “Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır”.


Azia.az-ın məlumatına görə, məsələyə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, o dəfələrlə Laçın dəhlizinin nəzarətə götürülməsinin vacibliyini vurğulayıb:

“Onu da söyləmişəm ki, əgər Ermənistan Qərbi Zəngəzurda bizə maneəsiz keçid yaratmayacaqsa, biz də Laçında ermənilərin maneəsiz keçidinin qarşısını almalı, sərhədi mütləq şəkildə nəzarətə götürməliyik. Zəngəzur dəhlizi ləngiyir, Kreml İrəvanla eyni mövqedən çıxış edərək, “Ermənistanın Qərbi Zəngəzurdan keçəcək nəqliyyat vasitələrinə nəzarət etmək hüququ var” prinsipindən geri çəkilmir. Bizə sadəcə, kommunikasiya xəttindən istifadə hüququ vermək istəyirlər. Bu sərhəddə yoxlama deməkdir. Mən əvvəldən bunu faciə kimi qiymətləndirmir, onların bu tələbinin bizə Laçın dəhlizini nəzarətə götürmək hüququ verdiyini söyləyirdim. Gecikmək olmaz”.

Siyasi şərhçi Asif Nərimanlı deyir ki, rəsmi Bakı dəhliz-dəhliz siyasətindən strateji məqsəd üçün istifadə edir və hər iki halda qazanclı çıxır:

“Zəngəzur dəhlizində Ermənistanın gömrük postunun qurulması Azərbaycana Laçın dəhlizində eyni addım atmasına imkan yarada bilər: 10 noyabr razılaşmasında Laçın dəhlizində, o cümlədən, Naxçıvana açılacaq yolun təhlükəsizliyinin rus hərbçiləri tərəfindən qorunacağı qeyd olunur; əgər rus hərbçilərinin olduğu Zəngəzur dəhlizində erməni postu olacaqsa, Azərbaycan eyni məntiqdən çıxış edərək, Laçın dəhlizinə post qurmaq tələbini irəli sürə bilər;

Prezident bu şərti açıqladı. Bu, Bakının strateji gedişidir. Və burada əsas güc rusların üzərinə düşür. Moskva İrəvanı 10 noyabr razılaşmasını icra etməyə - Zəngəzur dəhlizinin açılmasına məcbur etməlidir, ya da Azərbaycan Laçın dəhlizinə eyni məqsədlə post quracaq. Hər iki halda qazanacaq.

Əliyevin bu şərti Avropadan açıqlaması da Moskvaya “üzərinizə düşəni edin” mesajıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi