azia.az
azia.az

Sülh müqaviləsi imzalamaqla regionda sühü təmin edə bilərik - Hikmət Hacıyev

6-11-2021, 09:41


Azərbaycan torpaqları işğalda idi, ancaq artıq bütün bunlar dəyişib, Azərbaycanın uğurlu əməliyyatı nəticəsində erməniləri sülhə məcbur etdi və öz ərazi bütövlüyünü təmin etdi.
Sülh müqaviləsi imzalamaqla regionda sühü təmin edə bilərik - Hikmət Hacıyev
Azia.az Trend-ə istinadən bildirir ki, bunu "COVID-19-dan sonrakı dünya" mövzusunda VIII Qlobal Bakı Forumunda "Cənubi Qafqaz:Regional inkişaf və əməkdaşlıq perspektivləri" mövzusunda paneldə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Minsk qrupunun səylərinə baxmayaraq münaqişənin həllində heç bir nəticəyə gəlinmədi: "Artıq Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. İndi bu münaqişə Azərbaycanın gündəminə daxil deyil. Azrbaycanla Ermənistan arasında birbaşa əlaqə yoxdur. Lakin nəqliyyat infrastukturnun, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində çalışırıq. Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif etdi. Biz sülh müqaviləsinin imzalanmasına iddialıyıq. Bu cür nümunlər dünyada var, misal üçün Almaniya ilə Fransa arasında imzalanan sülh müqaviləsi. Biz sülh müqaviləsi imzalamaqla regionda sühü təmin edə bilərik".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi