Paşinyan İlham Əliyevlə görüşə hazır olduğunu bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirib. Paşinyan bu barədə Vilnüsdəki erməni icmasının nümayəndələri ilə görüşündə deyib. Qeyd edək ki, bundan əvvəl İlham Əliyev İspaniyanın EFE agentliyinə müsahibəsində Paşinyanla görüşə hazır olduğunu vurğulayıb.