azia.az
azia.az

Qarabağ hava məkanından yeni hava dəhlizi açıla bilər

5-09-2021, 13:54

Qarabağ hava məkanından yeni hava dəhlizi açıla bilər
Hazırda Qarabağ üzərindən yeni hava dəhlizinin açılması ilə bağlı danışıqlar gedir. Bu dəhlizdən regionun bütün ölkələri - Azərbaycan, İran, Gürcüstan, Ermənistan , Türkiyə və Rusiya istifadə edə biləcək, bunu Anews.az müxbirinin sualına cavabda AZAL vitse prezidenti Əldar Hacıyev bildirib.

"Qarabağın hava məkanı açıqdır. Ondan hər kəs sərnişin və yük daşımaları üçün istifadə edə bilər. Hazırda belə danışıqlar davam edir", - deyə Hacıyev söyləyib.

Sentyabrın 5-də yeni tikilən Füzuli hava limanına Bakıdan ilk sınaq reysi həyata keçirilib. İki təyyarə uğurla Bakıdan Füzuli aeroportunun uçuş zolağına enib. Onlardan biri Boeing-747 yük təyyarəsi, ikinci isə Airbus-340 sərnişin təyyarəsidir.

Bundan başqa Azərbaycan Qarabağda daha iki hava limanı inşa etməyi planlaşdırır. Onlar Zəngilanda və Laçında 2022-ci ildə istismara veriləcək. Saatda 300 sərnişin qəbuletmə gücünə malik olan Füzuli hava limanı isə bu ilin sonuna kimi tam həcmdə işləyəcəkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi