azia.az
azia.az

Azərbaycan bu ölkələrlə hərbi təlim keçəcək

31-08-2021, 13:08

Azərbaycan bu ölkələrlə hərbi təlim keçəcək
"Dəniz kuboku” başa çatdıqdan sonra Azərbaycan, Rusiya, İran və Qazaxıstana məxsus gəmilər sentyabr ayında Xəzər dənizində birgə hərbi-dəniz təlimləri keçirəcək, bu barədə jurnalistlərə Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi Sergey Yekimov məlumat verib.

"Dəniz kuboku” başa çatdıqdan dərhal sonra keçiriləcək birgə təlimlərdə Rusiya hərbi-dəniz donanmasının, İran, Qazaxıstan və Azərbaycan HDQ-nin hərbi gəmiləri iştirak edəcək. Bir neçə gün ərzində Xəzər dənizində birgə fəaliyyət tədbirləri işlənəcək”, deyə Sergey bildirib.

Ilk dəfə olaraq İranda keçirilən "Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının "Dəniz Kuboku” müsabiqəsində Azərbaycan, Qazaxıstan, İran və Rusiyaya məxsus kiçik raket və artilleriya gəmiləri iştirak edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi