azia.az
azia.az

Qurbanlı Gəncəyə yeni şöbə müdiri təyin etdi

23-08-2021, 17:46

Qurbanlı Gəncəyə yeni şöbə müdiri təyin etdi
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə yeni müdir təyin olunub.

Azia.az xəbər verir ki, bununla bağlı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini işləmiş Məmmədov Həsən Surxay oğlu təyin olunub.

H.Məmmədov artıq yeni işinin icraasına başlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi