azia.az
azia.az

Azərbaycanda 6 vəzifəyə yeni TƏYİNATLAR

10-08-2021, 18:43

Azərbaycanda 6 vəzifəyə yeni TƏYİNATLAR
Azərbaycan Cüdo Federasiyasında cüdo üzrə kişilərdən ibarət milli komandaya yeni təyinatlar olub.

Azia.az xəbər verir ki, Pekin Olimpiadasının və açıq dünya çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev cüdo millimizin baş məşqçisi, Elçin İsmayılov, Elxan Rəcəbli, Şümşad Bəhramov, İlham Məmmədov və Zaur Babayev isə onun köməkçiləri təyin olunub.

Bundan sonra böyüklər və gənclərdən ibarət komandaların birlikdə məşq etməsi qərara alınıb.

Yeni təyin olunan məşqçilər heyəti isə hər iki komandaya nəzarəti həyata keçirəcək.

Qeyd edək ki, avqustun 2-də Tokio Olimpiadasındakı uğursuz çıxışı əsas götürülərək millinin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib.

Ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla onun bütün köməkçiləri komandadan göndərilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi