azia.az
azia.az

Ərdoğan Şuşaya BUNUN üçün gəlir - Putin və Paşinyanın planı ALT-ÜST oldu

11-05-2021, 11:51


"Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Şuşaya səfəri ilk növbədə ciddi siyasi-strateji əhəmiyyət daşıyır. Çünki, Qarabağ məsələsini növbəti dəfə masaya gətirib , Azərbaycana qarşı Fransa və Rusiya ouin qurmağa cəhd edirlər".
Ərdoğan Şuşaya BUNUN üçün gəlir - Putin və Paşinyanın planı ALT-ÜST oldu
Bu açıqlamanı politoloq Məhəmməd Əsədullazadə bildirib.Siyasi şərhçi deyir ki, yenidən ermənilərin status məsələsini qaldırmaqla vəziyyəti mürəkkəbləşdirmək istəyinə malikdir. Ona görə də Türkiyənin bu istiqamətdə Azərbaycana verdiyi dəstək önəmlidir.
NATO Türkiyə vasitəsi ilə Azərbaycanla hərbi əlaqələri inkişaf etdirir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ » YeniSözçü qəzeti
"Bu dəstək ona görə vacibdir ki, ölkəmiz bu kimi təhdidlərə qarşı duruş gətirsin və siyasi qələbəsini təmin etsin. Şuşaya səfər ilk növbədə Rusiya və Fransaya "Biz buradayıq və bundan sonrakı prosesdə bütün oyunlara pozulacaq. Ermənilərə hər hansı bir status verilməyəcək" - deyə bir mesajdır. Ona görə də bu kimi səfərdən sonra Rusiya və Fransanın Qarabağala bağlı erməni separtizminə verdiyi dəstək uğurlu olmayacaq. Həmçinin Qarabağ üzərində Azərbaycan Türkiyə siyasi tandemi artıq Minsk qrupunun fəaliyyətinə son verəcək".


Məhəmməd Əsədullazadə xüsusilə vurğuladı ki, Ermənistan tərəfi artıq Qarabağdan əlini üzüb. Paşinyan hakimiyyəti də bununla barışıb".

"Burada əsas fikir Rusiyanındır və Putin artıq Türkiyənin Qarabağda varlığı ilə barışıb.Onun Azərbaycana qarşı planları uğurlu olmayacaqdır".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi