Bakıda dələduzluqda təqsirləndirilən jurnalist həbs edilib.
Bakıda dələduzluqda təqsirləndirilən jurnalist həbs edilib.
Xəbər verilir ki, "Vəkilin səsi" qəzetinin baş redaktoru Camal Bağırzadənin özünü vəkil kimi təqdim edərək vətəndaşlardan pul alması barədə Nizami Rayon Polis İdarəsinə çox sayda şikayət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla Camal Bağırzadə saxlanılıb.
Xatırladaq ki, 2023-cü ildə Camal Bağırzadənin vətəndaş Pərvanə Babayevaya özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək ondan pul almasına dair məlumat yayılmışdı. P.Babayeva bu barədə Baş Prokurorluğa müraciət etmişdi. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Camal Bağırzadənin barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) və 399-cu (Vəkil adından qanunsuz istifadə) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılıb və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmışdı.
O, məhkəmənin qərarı ilə 350 manat məbləğində inzibati qaydada cərimə edilmişdi.\\oxu.az