azia.az
azia.az

ABŞ İrana zərbə endirdi

Bu gün, 02:00

İranın Hörmüzgan əyalətində yerləşən Sirik şəhəri ABŞ-nin zərbəsinə məruz qalıb.

Oxu24.com bu barədə IRNA agentliyinə istinadən xəbər verir.

Zərbə nəticəsində dağıntıların, ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.

"Azad İran" "Telegram" kanalının məlumatına görə isə son saatlarda şəhər sakinləri bir neçə dəfə partlayış səsi eşidiblər. Səslərin mənbəyi hələlik müəyyən edilməyib.

Bir sıra mənbələr səslərin gəmiçilik qaydalarını pozan gəmilərə xəbərdarlıq məqsədilə açılan atəşlə bağlı ola biləcəyini bildiriblər.

Qeyd edək ki, daha əvvəl İran ordusu Hörmüz boğazında iki neft tankerində partlayış baş verdiyini açıqlayıb.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi