Baş redaktorun maşınını yandırdılar - bu ölkədə
Xəbər verilir ki, hadisə Berlinin Şarlottenburq rayonunda baş verib. Şahid yanğınsöndürənlərə zəng edib, lakin avtomobili xilas etmək mümkün olmayıb. O, demək olar ki, tamamilə yanıb. Yanğının baş verdiyi küçə nəqliyyatın hərəkəti üçün bağlanıb.
Zərərçəkmiş yanğının təsadüfi olmadığını güman edib. Onun sözlərinə görə, cinayətkarlar bu cür hücumlarda adətən avtomobilin təkərlərindən birinin yaxınlığında yerləşdirilən tezalışan qarışıqdan istifadə ediblər və oradan alov tez bir zamanda bütün kuzova yayılıb.
Hüquq-mühafizə orqanları qəsdən yanğın ehtimalını nəzərdən keçirdiklərini təsdiqləyib və ixtisaslaşmış polis şöbəsi istintaqa qoşulub. Şübhəlilərin şəxsiyyəti hazırda müəyyən edilməyib.