azia.az
azia.az

Kirayə qiymətləri artıb

Bu gün, 19:08

Azərbaycanda kirayə mənzil bazarında qiymət artımı qeydə alınıb. Yeni və köhnə tikililər üzrə bahalaşma faizləri bəlli olub.

Xəbər verilir ki, sentyabr ayının yekunlarına görə ölkədə kirayə haqları ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb. Avqust ayı ilə müqayisədə isə qiymətlərdə 1,9 faiz bahalaşma müşahidə olunub. Mərkəzi Bankın 9 aylıq icmalına əsasən yeni tikili binalarda aylıq artım 3,1 faiz təşkil edib. Köhnə tikililərdə isə kirayə qiymətləri 1,1 faiz yüksəlib.

Beləliklə, kirayə bazarındakı ümumi bahalaşmada yeni tikili mənzillərin qiymət artımı daha çox üstünlük təşkil edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi