azia.az
azia.az

Ruhani Ərdoğana ABŞ-a qarşı birləşməyi təklif etdi

5-01-2020, 03:37


Bizim kobud davranışlara qarşı susqunluğumuz daha kobud addımların atılmasına gətirib çıxara bilər.
Ruhani Ərdoğana ABŞ-a qarşı birləşməyi təklif etdi
RİA Novosti-nin məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı deyib.

Ruhani bölgədə böyük təhlükə yaradan ABŞ-a qarşı birgə çıxış etməyin vacibliyini qeyd edib.

İran Prezidenti Ərdoğana general Qasım Süleymaninin qətlindən sonra ABŞ-ın növbəti aqressiv hərəkətlərinə yol verməmək üçün bu ölkəyə qarşı birgə çıxış etməyin zəruriliyini vurğulayıb.

Virtualaz.org-un daha əvvəl xəbər verdiyi kimi, Ərdoğan İraq Prezidenti Bərham Salehlə də telefonla danışıb. Tərəflər bölgədəki son vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi