azia.az
azia.az

Rusiyanın icazəsi olmadan Köçəryanın həbs edilməsi... - Şərh

29-06-2019, 09:39

Rusiyanın icazəsi olmadan Köçəryanın həbs edilməsi... - Şərh
Robert Köçəryan Qarabağda səhra komandirliyindən başlayaraq, bir sıra böyük cinayətlərdə iştirak edərək, Ermənistanın rəhbərliyinə yüksəldi. Onun yüksəlməsində birmənalı şəkildə Rusiyanın da rolu olub.Bunu Teleqraf.com-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O qeyd edib ki, 2008-ci ildə prezident seçkiləri vaxtı o, paytaxt İrəvanda iğtişaşların yatırılmasında 10 nəfərin ölümü ilə nəticələnən bir cinayət törətdi:“Paşinyan həmin hadisələrlə bağlı cinayət işinin açılmasına nail oldu. Beləliklə, Paşinyan konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhd və külli miqdarda rüşvət alma maddəsi ilə ittiham olundu. Hər iki maddə üzrə onu həbs etdilər. Lakin mayın 18-də həbsdən azad edildikdən sonra sistemdə problem yarandı. Paşinyan tərəfindən ədliyyə sisteminin dəyişdirilməsi məsələsi qaldırıldı. Lakin bütün bunlara baxmayaraq, Paşinyan Köçəryanın yenidən həbs edilməsinə nail oldu”.A.Nağıyev qeyd edib ki, burada iki məsələ əsas rol oynayıb:“Birincisi, Dağlıq Qarabağ klanı ilə Paşinyan hakimiyyəti arasında olan narazılıq axırda elə bir həddə gəlib çatdı ki, bu, Qarabağ klanı liderlərinin həbsi ilə nəticələndi. Digər məsələ də ondan ibarətdir ki, həm Köçəryanın, həm də onun tərəfdarlarının əlində çox böyük məbləğdə vəsait toplanıb. Bu vəsaiti ələ keçirmək üçün Paşinyan hər vəchlə bu addımları atır. Yəni, son vaxtlar Qarabağ separatçıları ilə Paşinyan hakimiyyəti arasında böyük problemlər yaranıb. Bu problemlərin həlli də nəyin bahasına olursa olsun, bu klan üzərində qələbə ilə nəticələnməlidir. Çünki Paşinyan bu addımı atmasa, onun bir lider kimi qalması qeyri-mümkündür”.
Müsahibimiz onu da bildirib ki, Paşinyan sanki Rusiyaya meydan oxumaq kimi addımlar atır: “Lakin bu da imitasiyadr. Çünki Köçəryanın həbsini Rusiyanın icazəsi və sanksiyası olmadan həyata keçirmək inandırıcı görünmür”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi