azia.az
azia.az

“Sumqayıt Hospital”da nə baş verir? – Xəstələr kütləvi yönləndirilir

Bu gün, 08:01

2025-ci ildə “Sumqayıt Hospital”da 100-ə yaxın protez əməliyyatının icra olunması fonunda xəstələrin müxtəlif bölgələrdən eyni tibb müəssisəsinə yönləndirilməsi barədə ciddi iddialar gündəmə gəlib.

Xəbər verilir ki, məlumatlara görə, dövlət tibb müəssisələrində müayinə olunan xəstələr qeyri-rəsmi mexanizmlər vasitəsilə avtomatik olaraq “Sumqayıt Hospital”a göndərilir.

İddiaya əsasən, xəstələr sistemdə xüsusi qeydiyyata düşür və seçim hüquqları olmadan həmin xəstəxanaya yönləndirilir.

Bu, xəstələrin əməliyyat və tibbi xidmət seçimlərini məhdudlaşdıraraq, prosesin məqsədli şəkildə idarə olunduğu ehtimallarını gücləndirir.

Sxemdə adları hallanan şəxslər arasında icraçı direktor Rəşad Hüseynovun da adı var.

Mənbələr bildirir ki, bu şəxslərin təsiri altında xəstələrin yönləndirilməsi sistemli şəkildə həyata keçirilir.

Məsələ ilə bağlı sorğumuza hələ ki cavab verilməyib.

Sara,
NOCOMMENT.az 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi