azia.az
azia.az

Kürdəmir Təcili Yardımda ŞOK İDDİALAR: “Biznes şəbəkəsi”, saxtakarlıq və gizlədilən sübutlar?

Bu gün, 07:59

NOCOMMENT.az  xəbər verir ki, Kürdəmir Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının rəhbəri Mirələm Cəlalov da TƏBİB-də aparılan islahatlardan öz payını alaraq, vəzifəsindən kənarlaşdırıldı. 

Saytımız cəmi bir ay öncə onun vəzifə səlahiyyətlərindən necə istifadə etdiyini göstərən yazı dərc etmişdi. Cəlalovun etdiyi qanunsuzluqlar bu gün onun vəzifədən çıxarılması xəbərindən sonra yenidən gündəmə gəlir. 

Yazını yenidən oxuculara təqdim edirik:

NOCOMMENT.az xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin keçmiş direktoru Mirələm Cəlalova müraciət edən Kürdəmir sakini rayon TTTYS şöbəsinin müdiri Asim Ağakişiyev tərəfindən qanunsuzluqlara yol verildiyini iddia edib.

Vətəndaşın iddiasına görə, Asim Ağakişiyev “Təcili yardım”ı biznes şəbəkəsinə çevirib. O qeyd edir ki, dəfələrlə edilən şikayətlərə baxılmır. “Ramin müəllim də burda yoxlama zamanı saxtakarlıqların sübutlarını itirərək, “ört-basdır edir”, nəticədə heç bir tədbir görülmür”, – deyə şikayətçi bildirib.

Müraciətdə daha sonra bildirilir ki, müəssisədə meyar və qrafikə uyğun olmayan cədvəllər tərtib olunur, maaşlar düzgün yazılmır.

Şikayətçi deyir ki, əlində faktlar və sübutlar olduğu halda məsələyə baxılmır, ölçü götürülmür.

Şikayətçinin sözlərini təsdiqləyən bir neçə faktı təqdim edirik:

 

Qeyd edək ki, TƏBİB-den NOCOMMENT.az-ın sorğusuna verilən cavabda aparılan yoxlamanın nəticələrinə əsasən səsləndirilən iddiaları təsdiqləyən hər hansı faktın aşkarlanmadığı, stansiyanın fəaliyyətinin mövcud qaydalara uyğun şəkildə təşkil olunduğu bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi