azia.az
azia.az

Damarını deşib ürəyinə kateter salan həkimlə bağlı - ŞOK FAKTLAR

Bu gün, 16:55

Öz üzərində təcrübə aparan alim

1929-cu ildə Almaniyanın paytaxtı Berlində Verner Forssmann adlı gənc bir həkim tibbdə inqilab edir.


Xəstəxanaların birində kiçik əməliyyat otağında işləyən həkim tibb elmini dəyişdirəcək bir kəşf üçün böyük təcrübə aparmaq, ağlındakı fikiri həyata keçirmək istəyirdi. Bunun üçün nə meyit, nə də sınaq üçün hər hansısa heyvandan istifadə etmək istəyirdi. Bu təcrübəni o, məhz öz bədəni üzərində aparmaq qərarına gəlmişdi.

Forssman ürəyə kəsik atmadan daxildən çatmağın mümkün olduğuna inanırdı. Damarın içinə kanül yerləşdirib kateteri ürək boşluğuna qədər itələmək o dövrdə tamamilə dəli bir cəhd kimi görünürdü. İş yoldaşları onu ağlını itirmiş adam sayırdı. “Mümkün deyil”, “öldürücü olacaq”, – deyə dəfələrlə xəbərdarlıq da etmişdilər.

Amma Forssmann qərarında qəti idi. Əgər təcrübəni özü üzərində aparsaydı, heç kim “başqasının həyatını riskə atdı”, – deyə bilməzdi.

Beləcə, o həmin gün sol qolunu keyləşdirdi, damarını deşdi və ehtiyatla 65 santimetr uzunluğundakı kateteri öz damarına ürəyinə çatana qədər yeritməyi bacardı.

Kateter hələ bədənindəykən solğun, amma qətiyyətli halda rentgen şöbəsinə qaçdı. Şəkildə aydın görünürdü: kateter artıq ürəyin sağ boşluğundaydı. Əvvəllər ağlasığmaz görünən bir şey indi reallığa çevrilmişdi.

Amma bunu heç kimə izah edə bilmədi. Həmkarları onu alqışlamadı, əksinə qəzəbləndilər. Ondan uzaqlaşdılar, hətta onunla işləmək istəməyənlər oldu.

Forssmann bu hadisədən sonra işini itirdi. Uzun illər qəribə, hətta “dəlisov” biri kimi qəbul edildi. Amma onun bu hərəkəti bir tibbi inqilabın başlanğıcı idi.

Bu gün ürək kateterizasiyası müasir tibbin ən vacib diaqnostik və müalicəvi üsullarından biridir. Bu kəşfin sayəsində milyonlarla insanın həyatı xilas olunub. Forssmann haqlı çıxmışdı. Elə ona görə də 1956-cı ildə Tibb üzrə Nobel Mükafatına layiq görüldü. Azacıq küskün və qəmgin olsa da, o mükafatı qəbul etdi.

Onun hekayəsi klassik mənada qəhrəmanlıq dastanı deyil, səssiz bir dərsdir.

Bəzən başqaları üçün təhlükəsiz olan yolu hazırlamaqdan ötrü sən özünü təhlükəyə atılmalısan. İnsanların qəbul etdiyi “doğru” anlayışlarına qarşı çıxdığın üçün səni dəli adlandıra bilərlər. Amma yolun doğrudursa, davam et. Bildiyin o doğru yolda qətiyyətlə addımlamaq səni hər zaman işığa aparacaq.

Rəsmiyyə Şərifova,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi