azia.az
azia.az

Maaşları BU QURUMDA NİYƏ VERİLMİR-

9-07-2025, 23:36

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində əməkhaqqı ödənişləri mövcud qanunvericiliyə və əmək müqavilələrinin şərtlərinə uyğun olaraq növbəti ayın 10-dək həyata keçirilir.

Bu BARƏDƏ TƏBİBƏDƏN Teleqraf-ın həkimlərin rayonlarda məvaciblərinin verilməməsi ilə bağlı sorğusuna aydınlıq gətirən zaman bildirib.

"Hazırda yeni sistemə keçidlə bağlı zəruri sənədləşmə prosesi tamamlanıb və əməkhaqlarının ödənişi təmin olunub", - məlumatda vurğulanıb.

Qeyd edək ki, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Qəbələ və Ağcabədi rayonlarında fəaliyyət göstərən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzlərinin işçi heyəti Teleqraf-a müraciət edərək, ötən ayın məvaciblərini ala bilmədiklərini bildirmişdilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi