azia.az
azia.az

Həkimdən tez-tez boyun şıqqıldadanlara XƏBƏRDARLIQ: İflic...

16-10-2024, 17:35

“Boyun “şıqqıldadan” zaman eşidilən, yaxud bir çox bənzər səs yaxınlaşan pis xəbər anlamına gəlir”.

 

Bunu  açıqlamasında fizioterapevt Ramin Quliyev deyib.

 

Onun sözlərinə görə, bu istiqamətdə iki fikir var:

 

“Məsələyə müsbət yanaşanlar düşünür ki, “şıqqıltı” səsi boyunda təzyiq və qatılığı azaldaraq onun sərbəst hərəkət etməsinə kömək olan, olduqca təbii bir prosesdir. Buna görə də boyun ağrısı çəkənlər, sertifikatlı masaj mütəxəssislərinə müraciət edirlər. Lakin əksini düşünənlər boyun “şıqqıldatmağın” riskli ola biləcəyini müdafiə edirlər. Çox tez-tez boyun “şıqqıldatmaq” oynaqları bir arada tutan tendon və oynaq rabitəsi ilə birlikdə, boynun zəifləməsinə yol aça bilər. Zəifləmiş bağlar və tendonların, hərəkətli olaraq bilinən oynaqların boşalması vəziyyətinə səbəb ola bilər. Onurğa fəqərələrinin boşalması və hərəkət sahəsinin genişlənməsi isə oynaq iltihabı riskini yaradır”.

Mütəxəssis bildirdi ki, oynaq narahatlığı riski qorxuducu səslənməsə də, bunun ifliclə əlaqəli olması düşünülür:

 

“Həmçinin çox tez boyun “şıqqıldatmaq” boyundan keçən və beynə siqnallar daşıyan sinir arterinin də zərər görməsinə səbəb ola bilər. Sinirlərdə meydana gələ biləcək kiçik bir qanamanın tromblaşaraq beynə çatması isə iflic keçirməyə qədər irəliləyə biləcək əhəmiyyətli nəticələrə yol açar. Yalnız aradan qaldırmaq istədiyiniz bir boyun tutulması varsa, boynunuzu “şıqqıldadın”. Bu, boyun ağrısını və tutulmanı aradan qaldırmaqda təsirli ola biləcək bir üsuldur. Buna görə vərdiş halına gətirmədən, yalnız həqiqətən lazım olanda bunu etmək tövsiyə olunur”.

 

Günay  

sfera.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi