Qızılcanı yox edən dərman – 100 manat xərci var
Ölkədə, demək olar ki, hər gün qızılcaya yoluxma və ondan ölüm halları eşidirik. Çarəsi ancaq peyvənddə və el təbabətində tapılır. El adətinə görə, qızılca olan şəxsi qızıl suyunda çimizdirib, qırmızı paltar geyindirmək lazımdır. Düşünürlər ki, belə olan halda səpgilər sovrulacaq.
Amma qızılcanın çox adamın agah olmadığı çarəsi var. Eşşək südü...
Bəziləriniz yəqin, etiraz edib deyəcəksiniz ki, "Eşşək südündən nə fayda?". Amma elm adamlarının uzun müddət sürən araşdırmaları bir çox xəstəliklərin müalicəsində eşşək südünün əvəzsiz olduğunu təsdiq ediblər.
Lent.az-ın araşdırması zamanı məlum olub ki, eşşəkdən alınan süd dünyanın bəlasına çevrilən xərçəng xəstəliyinin, o cümlədən sədəf, serroz, ürək və damar, astma, bronxit xəstəliklərinin müalicəsində böyük əhəmiyyətə malikdir.
Bunla da qalmayıb, dünyanın bir çox ölkələrində eşşək südü və pendiri istehsal edilir. Onların arasında ABŞ, Braziliya, Fransa, İtaliya, İngiltərə, İspaniya, Çin və digər ölkələrin adlarını qeyd etmək olar. Eləcə də qardaş Türkiyədə artıq bir müddətdir ki, eşşək ferması yaradılıb.
Bəzi insanlar İslam dinində eşşək ətinin yeyilməsini haram sayır. Deyirlər ki, əti haram olan heyvanın südü də haramdır. Bu deyimlərin dini açıqlamasını verən ilahiyyatçılar bildirib ki, İslam dinində haram sayılan ancaq donuz ətidir. O zamanlar eşşəkdən minik vasitəsi kimi istifadə edildiyi üçün Mədinə yaxınlığındakı kiçik bir şəhərdə onun əti və südü qadağan edilib. İndi isə eşşəkdən demək olar ki, heç bir yerdə minik vasitəsi kimi istifadə olunmur.
Eşşək südü tərkibindəki protein, kalsium, şəkərin miqdarına görə ana südünə ən yaxın süddür. Hələ qədimdən eşşək südünün ana südünə yaxın olduğunu üçün, südəmər uşaqları bu südlə mayalandıranlar olub. Hətta qədimdən eşşək südü ilə antibiotik olmayan vaxtlarda uşaqları sağaldırdılar. İnək südü bəzi körpələrə allergiya yaradır. Amma alimlərin və qida mütəxəssislərinin araşdırmaları eşşək südünün heç bir allergik xüsusiyyətinin olmadığını təsdiq edib. İnək südü brüselyoz keçməməsi üçün qaynadıb bişirildiyi halda, eşşək südün çiy verilir, onun qaynatmağa ehtiyac yoxdur.
Min bir dərdə dərman olan eşşək südü son dövrün bəlasına çevrilən qızılcanın müalicəsində əvəzsiz rol oynayır. Elə sosial şəbəkələrdə qızılcaya yoluxmuş övladını dövrün bəlasından qurtarmaq üçün analar eşşək südü axtarır. Analar son ümidini dərmanlara yox, məhz uzunqulaq südünə bağlayıblar. Digər südlərdən qiymətcə çox baha olan eşşək südünün bu gün gizlicə, özəl yerlərdə satılır. Qiyməti isə əl yandırır.
Araşdırma nəticəsində məlum olub ki, eşşək südünün stəkanı 20 manata satılır (litri 100 manat). Süd əsasən 200 və 500 qramlıq şüşələrdə satılır. 200 qramlıq süd 20 manat, 500 qramlıq süd isə 40 manatdır. Stəkanı 20 manata satılan, qədimdən südəmər uşaqlara dərman kimi verilən eşşək südünün faydaları nələrdir? Eşşək südü həzmi rahatlaşdırır, kökəltmə vermir. Bunun səbəbi onun tərkibində olan yağların digər südlərin tərkibində olan yağlardan az olmasıdır.
Onun orqanizmə faydaları isə bunlardır:
- mineral çatışmazlığını aradan qaldırır
- immun sistemi gücləndirir
- xərçəng riskini azaldır
- astma xəstəliyinin müalicəsində əhəmiyyəti böyükdür
- antibakterial təsirə malikdir
- bronxiti sağaldır
- qızılcanın dərmanıdır
- qara ciyər fəaliyyətini yaxşılaşdırır
- sümükləri möhkəmləndirir
- artıq yağları əridir
- bəlğəmi tamamilə aradan qaldırır
- köpüyünü üzə sürtdükdə sızanaqları yox edir.
Hətta Almaniyanın Reyn çayı sahilində eşşəyə abidə qoyublar. Çox qiymətli məhsuldur, həm uşaqlar, həm böyüklər içə bilər. Dünyanın heç yerində eşşək südünə qadağa yoxdur.