5 QƏPİKLİK VASİTƏ görün nəyi müalicə edir
Soyuq fəsillər başlayandan zökəmi müalicə etmək üçün istifadə olunan müxtəlif burun spreyləri və damçılarara olan tələbat xeyli artır.
Apteklərdə belə vasitələrin ən ucuzunun qiyməti 1-2 manatdan aşağı olmur.
Azia.az Saglamolun.az-a istinadən sizə hər evdə tapılan inqrediyentlərdən ucuz və effektli zökəm dərmanının hazırlanması qaydasını təqdim edir. Bu xüsusilə uşaqlar üçün uyğun vasitədir ki, onun tərkibində heç bir yanaşı təsir, allergiya və s. ağırlaşmalar verən inqrediyent yoxdur.
Beləliklə, 200 ml ilıq suda dolu olmayan 1 ç.q. narın duz və 1 ç.q. soda əridin (uşaqlar üçün hərəsindən yarım qaşıq götürülür). Duz və soda çox yaxşı antiseptik xüsusiyyətlərə malikdir, həmçinin soda burun boşluğunu yumşaldır, seliyin ifrazını azaldır.
Alınmış məhlulu kiçik çaydana, sprinsovka və ya böyük şprisə yığın və burun boşluğunuzu bir neçə dəfə yaxşı yuyun. Burun boşluğunu yuyanda başınızı şəkildə göstərildiyi kimi bir qədər yana çevirin və mayeni yuxarıda olan burun dəliyinə tökün.
Maye digər burun dəliyindən çıxmalıdır, boğaza düşməməlidir. Prosedur zamanı ağzınızı bir qədər açıq saxlayın. Proseduru digər burun dəliyi üçün təkrarlayın.
Bunu gün ərzində 3-4 dəfə etmək lazımdır.
Bu üsulla başlayan zökəmi asanlıqla müalicə etmək mümkündür. Həmçinin bu üsuldan gündə 1 dəfə çöldən evə qayıtdıqdan sonra profilaktik məqsədlə istifadə etmək olar. Bununla siz ösünüzü virus və infeksiyalardan qoruya bilərsiniz.