həkim normadan artıq işlədiyinə görə 27 min CƏRİMƏLƏDİ
İtaliyanın Bari şəhərindəki xəstəxanalardan birində işləyən həkim pandemiya zamanı vaxtından artıq işlədiyinə görə 27 min avro cərimələnib.
Bu barədə “La Stampa” qəzeti məlumat yayıb.
Jurnalistlərin sözlərinə görə, həkimin digər həmkarlarından bəziləri 10 min avro məbləğində cərimələnib.
Vito Prokaççinin özü qəzetə bildirib ki, iki ilə yaxındır ailəsini görmür və onları yoluxdurmaqdan qorxaraq xəstəxanada yaşayır. Eyni zamanda onun şöbəsində 8 mindən çox COVID-19 xəstəsi bu bəladan xilas edilib.
Qeyd olunub ki, yoxlama müstəqil həmkarlar ittifaqı birliklərinin bəyanatlarından sonra təşkil olunub.
Mövcud vəziyyətin mətbuatda yayılmasından sonra həkimlərin müvafiq müraciəti İtaliya prezidenti Sercio Mattarellaya ünvanlanıb və cəzalar dayandırılıb.
Vəziyyətin absurdluğu ondan ibarətdir ki, ölkədəki tibb müəssisələri kadr çatışmazlığından şikayətlənirlər.