XƏRÇƏNGƏ İŞARƏ -Cinsi əlaqə zamanı bunlar...
Cinsi əlaqə zamanı bu əlamətlərin xərçəngə işarə etdiyi məlum olub.
Bildirilir ki, həkimlərin fikrincə, əlaqə zamanı ağrı və yanma prostat xərçəngindən xəbər verə bilər.
Ereksiyaya nail olmaq yaxud saxlamaqda çətinlik, spermada qan və sperma həcmində azalma da ola bilər. Həkimlər ağrının yaxınlıqdakı orqan və toxumalara təzyiq göstərən şişdən qaynaqlandığını izah edirlər. Lakin xəstəlik irəlilədikcə ağrı çanaq, bel nahiyəsinə, qabırğalara və ya budun yuxarı hissəsinə, həmçinin sümüklərə yayıla bilər.
Bundan əlavə, prostat xərçənginin əlamətlərinə tez-tez sidiyə getmə, sidiyə başlamağa çətinlik, zəif sidik axını və sidik kisəsinin tam boşalmadığı hissi daxildir.(milli.az)