azia.az
azia.az

Musa Abbasov Mərkəzi Neftçilər Xəstəxanasını şəxsi biznesinə çevirib - VİDEO

14-10-2023, 12:08

Son bir neçə il ərzində Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) rəhbərliyi bir neçə dəfə dəyişdirilsə də, bu adlı-sanlı səhiyyə müəssisəsində müsbət istiqamətdə ciddi dönüş əldə edilməyib. Müəssisənin fəaliyyətində əvvəllər narazılıq doğuran neqativ hallar indi də qalmaqdadır.

"Azərbaycan Reallığı" xəbər verir ki, Xəstəxanada tibbi xidmətin keyfiyyəti, qiymətlərin yüksək olması, güzəşt hüququ olan neftçilərin sağlamlığına diqqətin yetərli olub-olmaması, kadr məsələlərində rüşvətxorluq və s. ayrı söhbətin mövzusudur. Məsələ burasındadır ki, bu sadalanan müstəvilərdə əldə edilən qanunsuz gəlirlər xəstəxana rəhbərliyi, konkret olaraq baş direktor Musa Abbasov üçün yetərli deyil.

Musa Abbasov xəstəxanaya rəhbər vəzifəyə gələndən sonra xəstəxananın ənənəvi tərəf müqabilləri ilə işləməkdən imtina etdi. Daha doğrusu, onların qarşısına sərt tələblər qoyduğundan, birgə işləmələriu qeyri-mümkün oldu. Məsələn, təzə baş direktor camaşırxana xidməti göstərən "AGNA Service” MMC ilə müqaviləni təktərəfli olaraq dayandırdı (onların işıq və su xəttini kəsdi, hətta maşınlarının xəstəxananın həyətinə girişinə qadağa qoydu) və bununla da firmaya külli miqdarda zərər vurdu. Tərəflər qarşılıqlı olarasq bir-birini məhkəməyə verdilər.

Bundan başqa, yenə bu il Mərkəzi Neftçilər Xəstəxanası Publik Hüquqi Şəxsin "Firewall Fortigate 81F ( FGT81FTK21000935 ) standart lisenziyanın satın alınması" ilə bağlı elan etdiyi tenderin qalibi 50 min manat vergi borcu olan, cəmi 200 manat nizamnamə kapitalına malik "RABALON" MMC oldu. Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.

Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında xəstələr və vətəndaşları ücün təhlükəli vəziyyət yaranıb. Belə ki, xəstəxananın direktoru Musa Abbasov binanın həyətində, yanğın zamanı ehtiyat su götürmək ücün nəzərdə tutlan su hovuzunun üstündə kafe işlədir. Kafe hovuzun üstündə inşa edildiyi ücün xəstəxanada baş verə biləcək yanğın zamanı hovuzdan su götürmək mümkün olmayacaq.

Musa Abbasov xəstəxananın bütün imkanlarından istifadə edərək, qeyri-leqal mənfəət əldə edir və həmən məbləğ birbaşa onun cibinə axır. Xəstəxananın nizamnaməsinə görə, ancaq tibbi xidmət qarşılığında, könüllü ayırmalar, dövlət tərəfindən ayırmalar nəticəsində hər hansı vəsait müəsissəyə daxil ola bilər.

Bu isə müvafiq müqavilə əsasında mümkündür. Bu barədə publik hüquqi şəxslər haqqında qanunda da qeyd olunub. Xəstəxanaların nizamnaməsində sahibkarlıq fəaliyyəti ilə əlaqədar malliyə vəsaitinin müəssisəyə daxil olması qadağandır. Üstəlik, bu vəsaitlərin müəsissənin hesabına yox, Musa Abbasovun cibinə daxil olması korrupsiya halıdır.

Hətta vəzifə səlahiyyətlərini aşma, vəzifə səlahiyyətlərindən sui-istifadə deməkdir. Odur ki, müvafiq dövlət qurumlarının Bakı şəhərinin mərkəzində Neftçilər Xəstəxanasında qanunsuz kafe fəaliyyət göstərən kafeyə biganə yanaşması, xüsusən də, Fövqəladə Hallar Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında, yanğın söndürmək ücün nəzərdə tutulan su hovuzunun üzərində qanunsuz tikinti ilə bağlı susqunluq nümayiş etdirməsi suallar doğurur.

Müşahidə olunub ki, hər dəfə həkimlər onun kabinetindən çıxandan sonra baş direktorun otaqda ayaqqabısız, corabla gəzməsi diqqətləri çəkib.


Səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi