azia.az
azia.az

Onkoloji xəstəliklərin ŞOK səbəbləri... - Professor açıqladı

29-08-2023, 08:19

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən onkoloji xəstəliklər bütün dünyada xəstələnmələrin və ölüm hallarının əsas səbəblərindəndir. Ölüm hallarına əsasən onkoloji xəstəliklər ürək-damar xəstəliklərindən sonra ikinci yerdə durur. Kişilərdə daha çox ağciyərlərin, prostat vəzisinin, düz bağırsağın, mədə və qaraciyər xərçəngi təyin edilir. Qadınlarda isə daha çox süd vəzilərinin, düz bağırsağın, ağciyərlərin, uşaqlıq boynunun və mədə xərçəngi diaqnozu qoyulur. Bəs bu xəstəliklərin yaranmasının əsas səbəbləri hansılardır?

Mövzu ilə bağlı professor, həkim-cərrah Adil Qeybulla Referans.az saytına danışıb.

“Onkoloji xəstəliklərin dinamikasının artması təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə edilir. Bu, ilk növbədə ekoloji səbəblərlə bağlıdır. Ümumiyyətlə, nə qədər ki, canlı orqanizm var, o qədər də onkologiya olacaq. Nə qədər ki, insan və digər canlılar var, o qədər də bədxassəli şişlər, xərçəng və s. olacaq. Heç vaxt da bunun birmənalı müalicəsi olmayacaq. Xərçəng hüceyrələrin bölünmə prosesinin sıradan çıxması ilə meydana gəlir. Ekoloji amillər hazırda daha çoxdur. Atmosfer havasının çirklənməsi, havada benzopren, polisiklik aromatik karbohidratların konsentrasiyasının artması, içməli suda olan müxtəlif qarışıqlar, kimyəvi zavodların, xüsusilə də, Ermənistandan Araz çayı ilə axıdılan kimyəvi maddələrin təsiri və s. Bundan başqa siqaret çəkənlərin sayının artması, müxtəlik konservativ qidaların, hisə verilmiş ərzaqların həddindən çox qəbulu kimi faktorları da bu sıraya daxil etmək olar. Eyni zamanda həddən ziyadə qida qəbulu, az hərəkətlilik, köklük, avtomobillərin artması, insanların tənbəlləşməsi – bütün bunlar onkoloji xəstəliklərin dinamikasının artmasına səbəb olur. Yəni onkoloji xəstəlikləri ekoloji səbəblər, irsi faktorlar və digər kanserogen faktorlar tətikləyir”.


Fidan Vəlisoy


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi