azia.az
azia.az

Xərçəngdən qorunmaq üçün nə etməli?

18-08-2023, 16:45

Xərçəngin səbəbləri müxtəlif olduğu üçün dəqiq qorunma üsulu yoxdur. Amma həkim və alimlərin qənaətlərinə diqqət etsək silahlanmış olarıq.


“Medicina” xəbər verir ki, türkiyəli mütəxəssis Dr. Hakan Özkülün sözlərinə görə, insanlar bunlara riayət edərsə, bu xəstəliyin inkşafının qarşısını almaq olur.

Bu xəstəliyin 3/1 bu 5 faktora bağlıdır:

Hərəkətsizlik
Alkaqol
Siqaret
Bədən kütləsi indeksinin yüksək olması
Rasionda meyvə və tərəvəzdən az istifadə


“Bu xəstəlikdən qorunmaq üçün sadəcə, yemək vərdişləri deyil, davranış nümunələri də önəmlidir. Yəni siqaret və alkaqol bəslənmə deyil, davranış hesab olunur. Həmçinin hərəkətsizlik də davranış qaydalarına daxildir. İdman zalına getmirik, idmanla, sadə hərəkətlərlə məşğul olmamaq nəinki xərçəng xəstəliyini, eləcə də xroniki xəstəliklərin risqini artırır.

Faktorlardan biri də piylənmədir. Ümumilikdə, piylənməni artıran hər şeydən uzaq olmaq lazımdır. 15 - ə yaxın xərçəng növü – mədə, bağırsaq, yumurtalıq, uşaqlıq xərçəngi və.s piylənmə ilə birbaşa əlaqəsi var. Buna görə də yediklərimizə qarşı diqqətli olmalı, sağlam qidalanmalı, piylənmədən uzaq durmalıyıq.

Eləcə də mədə - bağırsaq xərçəngi yaranmasının qarşısını almaq üçün bəzi qidaları alışqanlıq halına gətirməli və onlardan daha çox istifadə etməliyik. Məsələn, lifli qidalar burada əsas rol oynayır.

Probiyotik qidalardan kefir, evdə hazırlanan yoqurt, qatıq menyudan əskik olmamalıdır.

Çörək otu, sarımsaq, zəncəfil, zərdəçal, brokolli, ispanaq, tərkibi kükürdlü məhsullardan istifadə etmək lazımdır.
Profinollar arasında yaşıl çay zəngin bir ot bitkisidir. Hazırlanan salatlara zeytun yağı mütləq əlavə edilməlidir. Əsasən də Aralıq pəhrizi daha yaxşıdır”.

Günay Quluzadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi