azia.az
azia.az

Tibbi avadanlıqlarına dair yeni dövlət standartı qəbul edilib

1-08-2023, 09:17

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən beynəlxalq standart əsasında AZS ISO 8536-12:2023 “Tibbi təyinatlı infuziya ləvazimatları —12-ci hissə: Birdəfəlik istifadə üçün əks klapanlar” dövlət standartdı qəbul edilib. 

Dövlət standartı Azərbaycan Respublikasının Prezidenti tərəfindən ilin əvvəlində təsdiqlənən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələrək hazırlanıb. 

Bu standart birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qravitasiya və təzyiq altında nəzərdə tutulan infuziya ləvazimatlarında istifadə edilən əks klapanların tələblərini müəyyən edir. Standart ölkə ərazisinə idxal və istehsal olunan infuziya ləvazimatlarının keyfiyyətinin artırılmasına, nəticədə insan sağlamlığına töhfə verəcək. 

2017/745 saylı “Tibbi avadanlıqlar” reqlamentinin istinad standartı olan ISO 8536-12:2021 “Infusion equipment for medical use — Part 12: Check valves for single use”. standartının autentik tərcüməsi əsasında hazırlanan AZS ISO 8536-12:2023 “Tibbi təyinatlı infuziya ləvazimatları —12-ci hissə: Birdəfəlik istifadə üçün əks klapanlar” Dövlət Standartı İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi