Bu qidalar yüksək təzyiqin qarşını alır
Medicina.az-a istinadən xəbər verilir ki, həkimlər German Gendelmanın və Yelena Malışevanın sözlərinə görə, hipertoniyadan qorunmaq üçün rasiona vitamin B3 (niasin) olan qidalar daxil edilməlidir. Həkimin dediyinə görə, niasinin qan genişləndirici təsiri var, təzyiqin artmasının qarşısını alır. “Kifayət qədər vitamin B3 qəbul edən insanlarda hipertoniyaya tutulma riski 35 faiz azalır.
Təzyiqin yüksəlməsi birbaşa ürəyə bağlıdır. Qan axının sürətlənməsi nəticəsində baş verən bu xəstəlik bir çoxlarını narahat edir.
Hipertoniklər əsasən B3 vitamin tərkibli qidalarla qidalanmaqla xəstəliyin qarşısını ala bilərlər.