Aç qarına su içmək böyrək daşlarına səbəb olan turşuları məhv edir. O, həmçinin toksinlərin səbəb olduğu müxtəlif sidik kisəsi infeksiyalarından qoruyur.
AZXEBER.COM xəbər verir ki, mütəxəssislər belə xəstəlikləri olan insanların yuxudan duran kimi su içmələri tövsiyə edir.
Bildirilir ki, səhər acqarına su içdiyiniz zaman bütün toksinlər atılır və həzm sisteminiz inkişaf etməyə başlayır. Bu şəkildə siz daha az aclıq hiss edəcəksiniz. Həddindən artıq yemək istəyiniz azalacaq və arıqlama prosesiniz asanlaşacaq. Beləliklə, pəhrizin yolu su içməkdir.
Sağlam bir insan gündə 11-15 stəkan maye içə bilər. Suya əlavə olaraq, bura qəhvə və ya süd kimi digər içkilər, həmçinin meyvə və tərəvəzlərdə olan su da daxildir.
Aydın