Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib – VİDEO
EGE Hospitalın, SƏHİYYƏ TV-nin və Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşəbbüsü ilə 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib. EGE Hospitalda baş tutan xeyriyyə aksiyası zamanı “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin 20 üzvü müxtəlif laborator və diaqnostik müayinələrdən keçib, qan analizləri veriblər. Müayinələr zamanı səhhətində problem aşkarlanan xanımlara yerində peşəkar tibbi məsləhətlər verilib. Aksiya iştirakçıları müəyyən xəstəliklərlə bağlı gələcək fəsadların əmələ gəlməməsi üçün doğru müalicə barədə məlumatlandırılıb.
EGE Hospitalın Müşahidə Şurasının sədri Barat Yusubov xanımları bayram münasibəti ilə təbrik edib və aksiya iştirakçılarının müalicəsində də yardımçı ola biləcəklərini söyləyib. Barat Yusubov qeyd edib ki, aksiyanın əsas məqsədi əlil xanımlarımızda gələcəkdə yarana biləcək xəstəlikləri erkən mərhələdə aşkarlamaq və ağırlaşmaların qarşısını almaqdır. SƏHİYYƏ TV-nin təsisçisi Azər Xudiyev də 8 Mart Beynəxlaq Qadınlar Günü münasibətiylə aksiyada iştirak edən axanımları təbrik edib və təşəbbüsə dəstək verdiyinə görə EGE Hospitala təşəkkürünü bildirib. “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova dəstəyə görə EGE Hospitala və SƏHİYYƏ Televizyasına minnətdarlığını bildirib, aksiyadan razılığını ifadə edib.
Aksiyanın sonunda EGE Hospitalın Müşahidə Şurasının sədri Barat Yusubov, SƏHİYYƏ TV-nin rəhbəri Azər Xudiyev, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin 20 üzvünə xüsusi bayram hədiyyələri təqdim ediblər.