Üzün qırmızılaşması hansı xəstəlikdən xəbər verir?
Kişi və qadınlarda üzün boynun qızarması, qırmızı rəng alması ürək xəstəliyindən ola bilər.
Azia.az Bakupost.az-a istinadən xəbər verir ki, həkim kardioloq İvan Yefremkin ürək problemlərinin xarici əlamətlərini açıqlayıb.
"Kardioloji xəstəliklərin üzdə əsas əlaməti qızarıqlıqdır.
Burda ara-sıra üzün dərisinin rənginin dəyişməsindən söhbət getmir. Qızarma allergiya, hormonal problem, dəri xəstəliyi və stresdən ola bilər.
Stabil qızartı, hansı ki, yuxudan sonra da keçmirsə, bu təzyiq, ürək-qan damar problemindən ola bilər.
Xəstə ürəyin digər zahiri əlaməti sianozdur. Bu zaman dəri, üz, ağız ətrafı, selikli qişalar göyərmiş rəng alır.
Eləcə də barmaqların ucu, qulaq ucu, burnun ucu həmişə soyuq, göyərmiş olur.
Bu artıq ürək çatışmazlığının əlamətidir.
Dəri rəngi ağarmış, avazıçız ayaqlar da ürək siqnalıdır.
Ürək xəstəliyi zamanı göz ətrafında ksantomalar, ağ düyünlər yaranır.
Üzündə belə dəyişiklik olan insanlar mütləq ürəyini yoxlatmalıdır".