Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları üçün səyyar tibbi müayinə aksiyası həyata keçirilib.
Aksiya MEK-in baş direktoru professor Məmməd Əliyevin və akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılovun birgə təşəbbüsü ilə təşkil edilib.
Əməkdaşlar cərrahiyə, terapiya, endokrinologiya, hepatologiya, LOR, kardiologiya, urologiya, cərrah, USM, EKQ, eləcə də laborator və digər müayinələrdən iki gün boyunca yararlanıblar.
Qeyd edək ki, tibbi müayinə Respublika Klinik Xəstəxanasının peşəkar həkim heyəti tərəfindən ödənişsiz olaraq aparılıb, MEK-in 200-dən artıq əməkdaşı göstərilən xidmətdən yararlanaraq dövlətimizə minnətdarlıq edib.
Səyyar tibbi müayinənin əsas məqsədi əməkdaşlar arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, ehtiyacı olanlara ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi