azia.az
azia.az

"Zeytun Pharmaceuticals” MMC-yə qarşı məhkəmə iddiası qaldırıldı

26-10-2022, 18:53

“Zeytun” apteklər qanunsuz işçi çalışdırdığı üçün məhkəməlik oldu

"Zeytun Pharmaceuticals” MMC-yə qarşı məhkəmə iddiası qaldırılıb.

“Kriminalqafqaz”ın məlumatına görə, şirkət rəhbərliyi işçisi C.Abdulkərimovanı qızını əmək müqaviləsi olmadan çalışdırmaqda təqsirli bilinir. Belə ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib. 

Bakı Kommersiya Məhkəməsində icraata götürülən işə hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq. 

İddia təsdiqini taparsa, "Zeytun Pharmaceuticals” MMC-ni 25 min manatadək cərimə cəzası gözləyir.

Qeyd edək ki, "Zeytun" apteklər adətən Bakıda metrostansiyaların daxilində fəaliyyət göstərən apteklər kimi tanınır. Şirkətin Azərbaycanda ümumilikdə 500-dən çox aptek şəbəkəsinə malik olduğu bildirilir.

Amin Nəzərli




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi