Depressiyanın ilkin beş əlaməti
Rusiyalı psixoloq, peşəkar mütəxəssis və Əlavə Peşəkar Təhsil İnstitutunun eksperti İrina Koliniçenko depressiyanın ilkin əlamətlərini açıqlayıb.
Cebhe. info xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. Mütəxəssisin sözlərinə görə, depressiya ilk növbədə özünə aqressiyadan başlayır.
"Həyata marağın və əmək fəaliyyətinin azalması, gücsüzlük, zehni ağrı, yuxu pozğunluqları- yuxusuzluq və ya hipersomniya, əvvəllər xarakterik olmayan həyəcan və ya tormozlanma depressiyanın ilkin əlamətləridir",-deyə psixoloq açıqlayıb.
Eyni zamanda, ekspert xəbərdarlıq edib ki, depressiya bir xəstəlikdir və həmin şəxsə mütəxəssis köməyi lazımdır. "Depressiyada olarkən insan əqli və fiziki gücsüzlük, günahkarlıq hissi yaşayır",- deyə psixoloq izah edib.