Bəlkə də bəşər tarixində cavabsız qalan ən vacib sual nə vaxt öləcəyimizdir.
Alimlər nə vaxt öləcəyimizi dəqiq deməsələr da, ölümə nə qədər yaxın olduğumuzu bilmək üçün müxtəlif araşdırmalar aparırlar.
Mütəxəssislərin fikrincə, yuxu tərzimiz, necə yatdığımız ölümə nə qədər yaxın olduğumuzun göstəricisi ola bilər.
Azia.az xəbər verir ki, bununla bağlı araşdırma “Digital Medicine” akademik jurnalında dərc olunub.
Jurnalda dərc edilən araşdırma, yuxu zamanı insanların çənə və ayaq hərəkətləri, tənəffüs və ürək döyüntüləri daxil olmaqla, yuxu xüsusiyyətlərini araşdıran 12.000 araşdırmanın nəticələrini bir araya gətirib.
Keçmiş araşdırmaları birləşdirərək, elm adamları insanların yuxu yaşı adlandırdıqları yuxu rejimini və keyfiyyətini aşkar etmək üçün bir model hazırlayıblar. Onların fikrincə, insanın sağlamlığı ilə yuxu keyfiyyəti arasındakı əlaqə onun yuxu yaşını ortaya qoyur.
Keçmiş araşdırmalara görə, xəstəliklərin ilk əlaməti yuxu rejiminin pozulmasıdır. Məsələn, Parkinson xəstəliyi olan insanlar simptomların üzə çıxmasından təxminən 5-10 il əvvəl qarışıq, qorxulu yuxular görürlər.
Yuxuya müxtəlif rakurslardan yanaşan araşdırmaçılar insanların gecələr oyandıqları, lakin oyandıqlarını xatırlamadıqları vəziyyəti isə “ölümün ən güclü əlaməti” adlandırıblar.
Bu tip yuxu pozğunluğu yuxusuzluq və ya yuxu apnesindən fərqlidir.
Araşdırmanın mütəxəssislərindən biri olan dr. Miqnot "yuxu pozuntularının sağlamlıq üçün niyə bu qədər zərərli olduğunu müəyyən etmək, gələcəkdə üzərində işləməyi planlaşdırdığımız əsas məsələdir" deyə açıqlama verib.
Bakupost.az