Azərbaycanda 70% qadında hormonal disbalans müşahidə olunur.
Müalicə təkcə dərmanlar deyil, qidalanma da dəyişməlidir.
"Medicina" xəbər verir ki, ginekoloq Yevgeniya Nazimova qidanın hormonal fona necə təsir etdiyini açıqlayıb.
Qadınlar elə qidalanmalıdır ki, orqanizm sutkalıq bütün lazımi - yağ, zülal, vitamin, mineralları alsın.
"Resurs defisit olduqda, reproduktiv sistem adekvat işləmir.
Hormonal fonu qorumaq üçün hər gün zülal normasını almalısız. Bu heyvan mənşəli zülal olmalıdır. Ət, süd, yumurta, balıq.
Qırmızı ət, qaraciyər orqanizmi dəmir, sink, B qrup vitaminlə təmin edir. Bu da hormonal sistemin sütunudur. Eləcə də balıq, yumurta, kəsmik vacibdir.
Hormonlar qaraciyərin də vəziyyətindən asılıdır.
Qaraciyəri toksiki maddələrlə yükləməyin, kontrolsuz dərman, BAD qəbul etməyin.
Eləcə də bağırsaqları unutmayın. Mikroflora hormonlar üçün vacibdir.
Lifli qidalar, kələm, probiotiklər hər gün qəbul edin.
Yağsız qidalanmaya tam keçməyin, bədənə yağ lazımdır.