Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 557 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azia.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 812 116 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 798 719 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 592 aktiv xəstə var. Bu günə qədər 9 805 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 840, bu günə qədər isə ümumilikdə 7 145 345 test icra olunub.