Təzyiqi salmaq üçün bu qarışığı için
Bir çox təbii vasitələr arterial təzyiqi salmağa yardım edir. Belə vasitələrdən müntəzəm olaraq istifadə edən insan hətta hipertoniyanın ilkin mərhələlərində bu pozulmadan tam qurtula bilər.
Hipertoniya xəstələri də əsas müalicə ilə yanaşı belə vasitələrdən istifadə edə bilərlər. Bu onlara qəbul etdiyi təzyiq dərmanların dozasını azaltmağa, hipertoniyaya daha yaxşı kontrol etməyə yardım edəcək.
Bildirilir ki, ən tanınmış belə vasitələrdən biri qatıq və darçın qarışığıdır. 250 ml təzə qatıqda 1 ç.q. (dolu olmamalıdır!) üyüdülmüş darçın həll olunur və axşam içilir.
Təzyiqi salmaqdan əlavə bu vasitə şəkəri salır, həzm və mübadilə proseslərini yaxşılaşdırır, arıqlamağa kömək edir.
Qastrit (kəskinləşmə zamanı), xora xəstəliyi zamanı bu vasitədən istifadə etmək olmaz. Əgər sizdə hər hanası xroniki xəstəlik varsa, bu reseptdən istifadə etdidkdən əvvəl sizi müalicə edən həkimlə məsləhətləşin.