Azərbaycanda bu gün yoluxma sayı kəskin ARTDI - STATİSTİKA
Azərbaycanda koronavirusa 520 yeni yoluxma qeydə alınıb, 518 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Azia.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, sutka ərzində koronavirusdan ölən olmayıb.
Ölkədə indiyədək ümumilikdə 804 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 791 203 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 194 nəfərdir.
Ölkədə son sutka ərzində 3 446, hazırkı dövrədək isə 7 088 294 test aparılıb.